XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2018 - 14:51

Elmar Vəliyevə qarşı sui-qəsd planını hazırlayan şəxs də öldürüldü- FOTOLAR

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd planı hazırlayan şəxs məhv edilib.

Trend-in məlumatına görə, Yunis Səfərovla birlikdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə qarşı sui-qəsd planları hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyinə görə məhv edilib.

Onun 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçməsi, mütəmadi olaraq İrana səfər etməsi də məlum olub.