XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2018 - 18:26

Trampın 20 dəqiqə ərzində Ərdoğandan 3 dəfə xahiş etdiyi rahib azadlıqda:"Brunson ev dustaqlığına buraxıldı..."

ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Ərdoğandan israrla azadlığını istədiyi amerikalı rahib Andre Brunson bu gün ev dustaqlığına buraxılıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı bu gün məhkəmə qərar verib:

“Qərara əsasən, Brunson həbsdən buraxılsa da, o, polis nəzarətində olacaq. Bundan başqa, onun xaricə çıxışına da qadağa qoyulub. Ev dustaqlığı çərçivəsində onun hərəkət trayektoriyası elektronik cihazla izlənəcək”.

Xatırladaq ki, 2017-ci ildə ABŞ-da Ərdoğanla görüşən Tramp 20 dəqiqə ərzində düz 3 dəfə Brunsonun azadlığa buraxılmasını və Amerikaya göndərilməsini xahiş etmişdi. Lakin Ərdoğan İzmirdə FETÖ və PKK-ya yardım ittihamı ilə həbs edilmiş amerikalı dindar Andre Brunsonun azad olunması xahişini geri çevirmişdi.

Onu da qeyd edək ki, İzmir Diriliş Kilisəsinin rəhbəri Andre Brunson həyat yoldaşı ilə birlikdə “milli təhlükəsizliyə təhdid” ittihamı ilə 2016-cı ilin oktyabr ayının 7-də həbs edilib. Lakin sonradan onun həyat yoldaşı azadlığa buraxılıb.