XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 11:34

Rəhbər vəzifələrə işə qəbul üçün tələblər dəyişdirildi –Hökumətdən yeni qərar

Azərbaycanda rəhbər vəzifələrə işə qəbul üçün qoyulan tələblər dəyişdirilib, artıq yeni rəhbər vəzifələrə qəbul olmaq istəyənlərdən bundan daha əvvəl də rəhbər vəzifələr üzrə iş stajının olması tələb edilməyəcək.

Nazirlər Kabinetinin “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə dəyişikliklər edilib.

Bu dəyişikliyə əsasən, inzibati vəzifələrin birinci təsnifatına aid olan Aparat rəhbəri vəzifəsi üzrə işə qəbul üçün rəhbər vəzifələrdə ən azı 5 il işləmək ilə bağlı olan tələb götürülüb. Yeni tələbə görə, bundan sonra Aparat rəhbəri vəzifəsi üzrə işə qəbul üçün vəzifənin qulluq funksiyaları nəzərə alaraq, dövlət qulluğunda 8 il qulluq stajı və yaxud 11 il iş stajı tələb ediləcək.

İndiyədək mövcud olan tələbələr görə, bu işə qəbul zamanı qulluq funksiyalarını nəzərə alaraq, dövlət qulluğunda rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla, 8 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 7 ildən az olmamaqla 11 il iş stajının olması tələbi qoyulurdu.

İnzibati vəzifələrin ikinci təsnifatına aid olan Aparat rəhbərinin müavini üçün indiyədək olan iş stajına dair tələblərə görə, vəzifənin qulluq funksiyalarını nəzərə alaraq, dövlət qulluğunda rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla 7 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla 10 il iş stajının olması lazım idi. Yeni qərarla isə bu vəzifə üzrə də rəhbər vəzifələrdə işləmə ilə bağlı qoyulan tələb aradan qaldırılıb/Trend