XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2018 - 15:56

General Süleymani meydan oxudu:"Tramp, sənə səslənirəm, bu savaşı siz başlada bilərsiniz, ancaq sonunu biz müəyyən edərik"

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri komandanı, general Qasım Süleymani ABŞ Prezidenti Donald Trampın İranı hədəf alan ifadələrinə sərt reaksiya verib.

Bu barədə Süleymani Həmədan şəhərində keçirilən bir anım tədbirində çıxışı zamanı bildirib.

“Tramp, sənə səslənirəm. Sənə düşündüyündən daha yaxınıq. Bu savaşı siz başlada bilərsiniz, ancaq sonunu biz müəyyən edərik. Bu döyüş ABŞ-ın bütün imkanlarının yox edilməsi deməkdir. Bunun üçün İran Silahlı Qüvvələrinin bütün gücünə ehtiyac yoxdur. Qüds qüvvələri və mən kifayət edərik. Qorxudan tankların içərisində əsgərlərinizə uşaq bezləri bağlayırdınız, indi durub bizi təhdid edirsiniz?” – general qeyd edib/Axar.az.