XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2018 - 22:15

Mayk Pens Ankaranı yenə hədələdi: “Sanksiyaya hazırıq” –Türkiyə ilə ABŞ arasında rahibə görə gərginlik artır

ABŞ-ın vitse-prezidenti Mayk Pens növbəti dəfə Türkiyəni sanksiyalarla hədələyib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, o, iyulun 25-də İzmir 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə həbsdən ev dustaqlığına buraxılan rahib Endryü Bransonun dərhal, özü də tam azadlığa buraxılmasını və təcili ABŞ-a göndərilməsini tələb edib.

O, “Fox News”a açıqlamasında deyib ki, Brunsonun ev dustaqlığına buraxılması ABŞ üçün qanedici deyil: “Həftənin əvvəlində də dediyim və prezident Donald Trampın da açıq şəkildə bəyan etdiyi kimi, rahib Brunsonun ev həbsi bizim üçün qanedici deyil. ABŞ Burunson sərbəst buraxılana qədər Türkiyəyə sanksiyalar tətbiq etməyə hazırdır”.

Xatırladaq ki, rahiblə bağlı gərginliyə Türkiyə prezidenti Ərdoğan da bu gün reaksiya verib. O bildirib ki, ABŞ Türkiyəyə qarşı psixoloji savaş aparır: “Ancaq yenə deyirəm, ABŞ bizi sanksiyalara geri çəkindirə bilməz, əksinə, Türkiyə kimi səmimi müttəfiqini itirər”. 

Strateq.az