XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

29 İyul 2018 - 23:47

Muharrem İncə CHP-yə “geri çəkiləcəm” ultimatumu verdi:"Siz nə istəyirsiz axı: ölkəni, partiyanı, yoxsa 3-5 bələdiyyəni?"

Türkiyənin ana müxalifət partiyası olan CHP-də növbədənkənar qurultayla bağlı gərginlik davam edir.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın 24 iyunda prezidentliyə namizədi olmuş və hazırda da CHP-də müxaliflərə liderlk edən Muharrem İncə bu gün canlı yayımda tərəfdarlarına müraciət edib.

O bildirib ki, əgər sabah CHP-nin növbədənkənar qurultay çağırmaq səlahiyyəti olan 1250 nümayəndəsi lazım olan  imzanı verməzsə, o zaman mübarizədən geri çəkiləcək: “Dediyim kimi, əgər sabah gecəyədək 1250 qurultay nümayəndəsi erkən qurultay üçün öz imzasını verməyəcəksə, o zaman CHP sədrliyinə namizədlikdən və mübarizədən geri çəkiləcəm”.

İncə prezident seçkisi gününə qayıdaraq, 24 iyun gecəsi ona CHP-dən informasiya axını olmadığını bəyan edib: “İndi hərə bir söz deyir. Axı həmin gecə millətin qarşısına çıxıb, nə deyəcəkdim? Çıxıb, CHP-dən sağlam məlumat ala bilmirəm, deyərdim? Bəli, mənə həmin gecə mənə gərəkli informasiya axını olmadı.

İndi də CHP-nin 100 deputatı Anadolunu gəzir, növbədənkənar qurultay istəyən partiya üzvlərinə təzyiq edib, imzalarını geri çəkdirmək istəyirlər. Onların məndə səs yazıları var, bunu Kamal Kılıçdaroğluna verməyə hazıram. Axı bu 100 deputat bölgələrdə nə axtarırlar? Rahibmi, yoxsa iqtisadiyyatmı?”.

İncə xəbərdarlıq edib ki, qarşıda bələdiyyə seçkisi var və o, indidən bu seçkidə də CHP üçün böyük təhlükə görür: “Biz indidən əlimizdə olan bələdiyyələrin tam yarısını itiririk. Buradan bələdiyyə sədrlərinə, məclis üzvlərinə səslənirəm: əgər partiyanın səsi 15 faizə düşərsə, sənin namizədliyin nə işə yarayacaq?

Mən bütün bunlara görə deyirəm ki, əgər sabah 1250 qurultay nümayəndəsi erkən qurultay üçün öz imzasını verməyəcəksə, onda mən kənara çəkiləcəm. Qoy bu 1250 qurultay nümayəndəsi bundan sonra qərar versinlər, görək  bunlar ölkəni, yoxsa partiyanı idarə etmək istəyirlər? Bəlkə  Beşiktaş, Çankaya, Kadıköy, Ərzurum Böyük Şəhər Bələdiyyəsini? Bunlar nə istəyirlər axı?”.

Strateq.az