XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2018 - 18:10

Prezident Naxçıvan şəhərinin icra başçısını işdən çıxardı –Yeni təyinat

Prezident İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Vüqar Şəmsəddin oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Prezidentin digər sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.