XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

31 İyul 2018 - 00:21

Trampdan gözlənilməz bəyanat:"Heç bir şərt olmadan Ruhani ilə görüşə hazıram"

ABŞ prezidenti Donald Tramp istənilən vaxt İran lideri Həsən Ruhani ilə şərtsiz görüşməyə hazır olduğunu deyib.

Bunu Ağ Evin başçısı bu haqda jurnalistlər qarşısında çıxışında bildirib.

“Mən bu görüşə inanıram. Əgər onlar bunu istəyərlərsə, mən şübhəsiz ki, İran rəhbərliyi ilə görüşərdim. Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. Amma mən əmin deyiləm ki, onlar buna hazırdır. İndi onlarda vəziyyət mürəkkəbdir”, – ABŞ prezidenti vurğulayıb/Publika.az.