XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2018 - 17:44

Rusiya, Türkiyə və İran Suriyada separatizmə qarşı mübarizə aparacaq –Bəyanat

Suriyada barışığın təminatçıları olan ölkələr (Rusiya, İran, Türkiyə) Astana formatındakı Suriya məsələsi üzrə danışıqların Soçidə keçirilən onuncu mərhələsində ölkənin suverenliyini pozan separatçı niyyətlərlə mübarizə aparmağa hazır olduqlarını bildiriblər.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Astana-10″un yekun bəyanatının layihəsində deyilir.

“Tərəflər məqsədi Suriyanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də qonşu ölkələrdə milli təhlükəsizliyi pozmaq olan separatçı niyyətlərə qarşı mübarizəyə sadiqliklərini ifadə ediblər”, – sənəddə qeyd olunub.

Qeyd edək ki, iyulun 30-31-də Soçidə Astana formatındakı Suriya məsələsi üzrə danışıqların onuncu mərhələsi keçirilib/Report.