XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 10:21

Rəsmi Ankaradan ABŞ-ın təhdidinə sərt reaksiya:"Bu cür aqressiv hərkətlərin dərhal cavabını alacaqlar"

Türkiyənin Xarici İşlər Nazirliyi  rahib Bransonun həbsinə görə ABŞ-ın sanksiya təhdidlərinə sərt cavab verib.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, XİN ABŞ-ın təhdidlərinə qarşı hər cür tədbirləri həyata keçirəcəklərini bəyan edib:  “Şübhəsiz ki, ABŞ-ın bu hərəkətləri hüquq və ədalət prinsiplərinə ziddir və bu qərar bizim hüquqlarımıza, ABŞ-Türkiyə münasibətlərinə ziddir. Bu cür heç bir maraqlara xidmət etməyən bu cür aqressiv hərəkətlərin dərhal cavabını alacaqlar”.

Qeyd edək ki, ABŞ rahib Bransonun həbsinə görə Türkiyənin Daxili işlər və Ədliyyə nazirlərinə sanksiya tətbiq olunduğunu bəyan edib.