XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 15:17

“ABŞ-ın bu addımı qanunsuz və ifrat dərəcədə özbaşına qərardır” –Binəli Yıldırımdan iki nazirə sanksiya tətbiq edilməsinə şərh

Türkiyə parlamentinin sədri Binəli Yıldırım rəsmi Vaşinqtonun türkiyəli nazirlərə qarşı sanksiyalar tətbiq etməyə dair qərarının qanunsuz və özbaşına olduğunu düşünür.

Bu barədə TASS xəbər verib.

“ABŞ Maliyyə Nazirliyinin Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edilməsi barədə qərarı qanunsuz və ifrat dərəcədə özbaşına qərardır”, – B.Yıldırım deyib.

O, sanksiyaların ABŞ-ın Türkiyənin məhkəmə orqanlarına hörmət etməməsinin göstəricisi olduğunu deyib.

Qeyd edək ki, dünən ABŞ Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Ankaranın amerikalı rahib Endryu Bransonun vətəninə qayıtmasına icazə verməməsi olub/Report.