XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 16:15

İran XİN başçısından Türkiyəyə dəstək:"ABŞ-ın sanksiyalara olan ehtirası sərhəd tanımır"

İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etməsini tənqid edib.

“İnterfaks” xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.

ABŞ-ın müttəfiq ölkədən – Türkiyədən olan iki nazirə qarşı qanunsuz sanksiyaları təkcə ABŞ administrasiyasının təzyiq göstərmək və məcbur etmək siyasətini yox, həm də onların sanksiyalara olan ehtirasının sərhəd tanımadığını göstərir”, – C.Zərif yazıb.

Qeyd edək ki, dünən ABŞ Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Ankaranın amerikalı pastor Endryu Bransonun vətəninə qayıtmasına icazə verməməsi olub.