XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 14:41

“APA Holding”-in rəhbərindən açıqlama:"Saytların fəaliyyətini özümüz dayandırmışıq, araşdırma aparılır"

Azərbaycanda böyük mətbuat orqanlarından olan “APA Holding” MMC-yə daxil olan saytların fəaliyyəti bir neçə gündür ki, dayandırılıb.

Bu gün Holdinqin rəhbəri Vüsalə Mahirqızı saytların fəaliyyətini dayandırması ilə bağlı öz “Facebook” profilində qısa açıqlama verib.

O bildirib ki, hazırda araşdırma aparılır: “Müəyyən problemlər yarandığına görə “APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.