XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 17:51

Mariya Zaxarova:"Beşinci Xəzər sammitinə hazırlıq çox effektiv və konstruktiv gedir"

“Beşinci Xəzər sammitinə hazırlıq çox effektiv və konstruktiv gedir”.

Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, eyni zamanda, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya üzərində çalışmalar da çox effektiv və konstruktiv gedir: “Nadir hallarda belə olur. Amma bu, məhz həmin haldır”.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin – Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistanın rəhbərlərinin iştirakı ilə beşinci Xəzər sammiti olacaq. Xəzər dənizinin hüquqi vəziyyəti haqqında Konvensiya sammitin əsas yükun sənədi olmalıdır. Belə ki, 2017-ci il dekabrın 4-5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə Konvensiyanın layihəsi artıq razılaşdırılıb/Report.