XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2018 - 11:04

ABŞ-da Trampın tərəfdarları ilə əleyhdarları arasında qanlı toqquşma oldu –VİDEO

ABŞ-ın hüquq-mühafizə orqanları şənbə günü Oreqon ştatının Portlend şəhərində ölkə prezidenti Donald Trampın yüzlərlə tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmanın qarşısını alıblar.

TASS xəbər verir ki, bu barədə şəhər polis idarəsi məlumat yayıb.

Bildirilir ki, qarşıdurma zamanı etirazçılar bir-birilərinə daş və butulka da daxil olmaqla müxtəlif əşyalar atıblar. Həmçinin etirazçıların əllərində beysbol taxtası, qatlanan bıçaq, dəyənək, qaz pulverizatoru və səs qumbarası da olub. Saxlanılan və zərərzəkənlərin sayı açıqlanmır/Report.