XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2018 - 14:16

“Biz nəticəyə hədəflənmişik…” –Məmmədyarov Qarabağla bağlı Rusiya mətbuatına danışdı

“Brüsseldə baş tutan görüş yeni erməni həmkarımla ilk məzmunlu təmasım idi. Biz nəticəyə hədəflənmişik və bu istiqamətdə intensiv substantiv dialoqu davam etdirməyə hazırıq”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yeni görüşün yeri və tarixinin müəyyənləşməsi texniki məsələlərdir və diplomatik kanallar vasitəsilə razılaşdırılır.

Nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinin artıq uzun illər getdiyini xatırladıb: “Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilmiş nizama salınma üzrə mərhələli model çoxdan hamıya məlumdur. Rusiya, ABŞ və Fransa rəhbərlərinin birgə bəyanatlarında işğal faktına əsaslanan status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqe dəfələrlə səsləndirilib.

Əfsuslar olsun ki, indiyə qədər biz buna son qoya bilməmişik. Nizama salma prosesinin irəliləməsi üçün mövcud format əsasında gündəlikdə olan substantiv danışıqların intensivləşdirilməsini təmin etmək lazımdır”.