XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2018 - 14:27

Medvedev rəsmi Tbilisini hədələdi:"Gürcüstanın NATO-ya daxil olması faciəvi nəticələrə gətirib çıxara bilər"

“Gürcüstanın NATO-ya daxil olması faciəvi nəticələrə gətirib çıxara bilər”.

Bu sözləri Rusiya baş naziri Dmitri Medvedyev “Kommersant FM” radiostansiyasının müsahibəsində deyib.

“Gürcüstanın NATO-da üzvlüyü qorxunc münaqişəyə səbəb ola bilər, anlaşılmazdır, bu nəyə lazımdır”, – deyə baş nazir bildirib.

Dmitri Medvedyev onu da vurğulayıb ki, 2008-ci ildə Gürcüstan və Cənubi Osetiya arasında olan və Rusiyanın müdaxilə etdiyi silahlı konfliktin qarşısını almaq mümkün idi: “Heç nə qaçılmaz deyildi”.

Xatırladaq ki, iyulun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın Gürcüstanı qəbul etmək niyyəti barədə yenidən xatırladıb.

Rusiya Prezidenti Vladimir Putin isə NATO-nun genişlənməsinə ölkəsinin son dərəcə mənfi yanaşdığını bəyan edib/Teleqraf.com.