XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

07 Avqust 2018 - 15:47

Kazimirov Qarabağla bağlı Paşinyana səsləndi:"Köçəryan və Sərkisyanla tezliklə görüş, ortaya ortaq mövqe qoyun"

“Ermənilər və azərbaycanlılar arasında Dağlıq Qarabağ münaqişəsinin yaranmasının əsas səbəblərindən biri Sovet İttifaqının dağılması idi”.

Bunu Rusiyanın ATƏT-in Minsk qrupundakı ilk həmsədri Vladimir Kazimirov deyib.

Kazimirov hesab edir ki, 1994-cü ildə Ermənistan və Azərbaycan arasında əldə edilmiş atəşkəs anlaşmasında onun və Rusiyanın böyük rolu olub:

“Bunun üçün Bakıdan xahiş etdim. Son nəticədə – 1994-cü ildə tərəflər arasında atəşkəs rejiminin tətbiq edilməsinə nail olduq.

İndi isə münaqişənin yaranmasından dörddə bir əsr keçir. Hadisələrin inkişafını da nəzərə alsaq, Rusiya bu prosesi yaxından izləmək məcburiyyətindədir. Şadam ki, Minsk Qrupunun üç həmsədri – Rusiya, ABŞ və Fransa bir sıra məsələlərdə fərqli baxışları olmasına baxmayaraq, Qarabağ münaqişəsinin həlli üzərində işləyirlər. Lakin düşünürəm ki, münaqişənin müharibə ilə həlli yolu yoxdur, Azərbaycan da 1990-cı illərlə müqayisədə böyük hərbi gücə malik olmasına baxmayaraq, məsələnin dinc yolla həllinin tərəfdarıdır”.

Kazimirov hakimiyyət dəyişikliyi baş vermiş Ermənistanın münaqişədəki rolundan da danışıb: “Son vaxtlar Ermənistanda daxili vəziyyət yenidən mürəkkəbləşib, ölkənin siyasi liderləri arasında uçurumlar var. Ən azı münaqişənin həlli üçün ortaq yanaşma ortaya qoymaq lazımdır. Buna görə də Nikol Paşinyan, Robert Köçəryan və Serj Sərkisyan tezliklə görüşməlidirlər. Onlara dil tapmaq üçün heç bir tərcüməçi lazım deyil. Qüvvələrin birləşməsi bölgədə təhlükəsizliyin yaradılması üçün vacibdir”.

Teleqraf.com