XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Avqust 2018 - 19:20

Trampdan Türkiyəyə qarşı sərt qərar –ABŞ-a idxal edilən polad və alüminiumun tarifləri qaldırılacaq

Prezident Rəcəp Tayyip Ərdoğan Türk lirəsinin dəyərdən düşməsilə bağlı iqtisadi müharibəyə qarşı vuruşacağını bəyan edərkən, ABŞ prezidenti Türkiyədən idxal edilən polad və alüminiuma tariflərin qaldırılacağını bildirib.

Türkiyən maliyyə naziri Berat Albayrak, iqtisadiyyatın inkişafına yönələn planlarını elan etdiyi gündə Donald Tramp da Türkiyəyə qarşı yeni tədbirlər barədə tvitini yayıb.

Onların valyutası, Türk lirəsi bizim çox güclü ABŞ dollarına nisbətdə sürətlə aşağı enərkən, mən polad və alüminium tariflərinin ikiqat artırılmasına dair qərar verdim”, Donald Trampın tvitində deyilir.

“Alüminium 20% polad isə 50% olacaq. Hazırda bizim Türkiyə ilə əlaqələrimiz yaxşı deyil!”

Dəyərinin təqribən 12 faizini itirdikdən sonra ABŞ dollarına nisbətdə 6,30 səviyyəsinə enən türk lirəsi öz tarixi rekordunu yeniləyib. Lirə avroya nisbətdə də 8 faiz ucuzlaşıb. Cümə axşamı günü baş vermiş kəskin enişdən sonra lirənin dəyəri artıb və hazırda məzənnə 5,96 ətrafında qalmaqdadır.

İlin əvvəlindən bəri Türkiyənin milli valyutası dəyərinin yarısından çoxunu itirib.

“Financial Times” qəzetinə əsasən, lirənin ucuzlaşması ilə bağlı vəziyyət Avropanın Mərkəzi Bankı tərəfindən (ECB) diqqətlə izlənilir.

ECB hazırkı vəziyyəti kritik hesab etməsə də, Türkiyədə əhəmiyyətli əməliyyatlar aparan bir neçə Avropa bankına mümkün mənfi fəsadlardan narahatdır, biznes dairələrinin nüfuzlu nəşri bildirir.

Türkiyə prezidenti lirənin məzənnəsilə bağlı nikbin olduğunu deyib.

Müxtəlif kampaniyalar aparılır. Bu kampaniyaları dinləməyin. Onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Heç narahat olmayın. Biz çox çalışacağıq və 2023-cü ilə fərqli girəcəyik”, – Rəcəp Tayyip Ərdoğan bildirib.

(BBC Azərbaycanca)