XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Avqust 2018 - 22:25

Türkiyədə dollar satışı dayandırıldı –Lirə ucuzlaşmaqda davam edir

Bu gün Türkiyənin yeni tarixində görünməmiş valyuta təlatümü ilə yadda qaldı. 

Strateq.az Modern.az-a istinadən xəbər verir ki, günə 5,55 TL məzənnəsi ilə başlayan ABŞ dolları artıq ilk saatlarda birjalarda əsl təşvişə səbəb olub. Cəmi bir neçə saat ərzində dollar 6 TL səviyyəsini keçib.

Maraqlıdır ki, ölkənin maliyyə naziri Berat Albayrakın Türkiyənin yeni iqtisadi modelini təqdim etdiyi dəqiqələrdə birjada ABŞ valyutası tarixi rekorda imza atıb – 6,83 TL. Daha sonra Amerika dolları bir qədər geriləyib və hazırda 6,41 TL səviyyəsindədir.

Qeyd edək ki, axşam saatlarından isə dollar satışı dayandırılıb.