XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 00:11

Paşinyandan Qarabağ açıqlaması:"Hazırkı siyasi şəraitdə müəyyən hazırlıq mərhələsi lazımdır"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpası üçün müəyyən hazırlıq mərhələsi lazım gələ bilər.

“RİA Novosti” xəbər verir ki, bunu şənbə günü jurnalistlərə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz artıq bəyan etmişik ki, hadisələrin istənilən inkişaf ssenarisinə, o cümlədən (Qarabağ üzrə – red.) danışıqların bərpasına hazırıq, lakin düşünürəm ki, hamı başa düşür ki, danışıqlar prosesi üçün, xüsusilə də hazırkı siyasi şəraitdə müəyyən hazırlıq mərhələsi lazımdır, müəyyən zəmin yaranmalıdır”, – deyə o, bildirib/Report.