XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Avqust 2018 - 23:29

Ərdoğan ABŞ-a səsləndi:"Meydan oxyuruq, təslim olmayacağıq"

Trabzonda AKP partiyasının Həmrəylik Məclisində çıxış edən prezident Ərdoğan ABŞ prezidenti Donald Trampın Türkiyədən satın alınan polad və alüminium məhsullarına gömrük rüsumunun 50 faiz artırılması qərarının Dünya Ticarət Təşkilatı (WTO) qaydalarına zidd olduğunu vurğulayıb.

“Biz Dünya Ticarət Təşkilatının üzvüyük…. Biz ticarət hüququ nəyi söyləyirsə, onu söyləməyə davam edəcəyik “, – Ərdoğan deyib.

ABŞ-ın vergi rüsumunu artırmaq qərarından sonra dolların Türk lirəsinə qarşı məzənnəzi qalxaraq 6,87 TL , avro – 7,85 TL , Britaniya sterlinqi isə 8,49 TL təşkil edib.

Prezident Ərdoğan bunun müqabilində əhaliyə əmanətlərini TL-yə çevirmək çağırışını təkrarlayıb.

“Vətənimizin iradəsini seçki zamanı dəyişə bilməyənlər hər cür vasitələrlə bizə təsir edib indi də pulla təsirlərini həyata keçirmək üçün cəhd edirlər, – Türkiyə prezidenti deyib. – Təxribatla edə bilmədiklərini indi pulla reallaşdırmağa çalışırlar. Buna açıq ifadəylə iqtisadi müharibə deyərlər”.

Türkiyə prezidenti qeyd edib ki, 15 iyul əvvəli 2,8 olan USD/TL məzənnəsin bu gün isə 6-dan yuxarı qalxmasının “nə iqtisadi, nə də məntiqli bir izahı var”.

” Türkiyə 20 il əvvəl Asiya ölkələrində yaşandığı kimi bir maliyyə böhranı ilə üzləşibmi? Xeyr. ABŞ və İngiltərədə olduğu kimi, ipoteka böhranına düşübmü? Xeyr. Yunanıstan kimi iflasa uğrayıbmı? “, – deyən Ərdoğan vurğulayıb ki, Türkiyə “iqtisadi müharibə” ilə üzləşib. – Türkiyəyə qarşı müharibə aparılır”.

Daha sonra prezident Ərdoğan bunları deyib: “Trabzondan elan edirəm, oyununuzu gördük və meydan oxuyuruq. Bunu bilmələrini istəyirik. Təslim olmayacağıq, işimizi davam edəcəyik. Fəaliyyətimizi genişləndirməyə davam edəcəyik. Fabriklərimizi işlətməyə davam edəcəyik. Siz dollarla üzərimizə gəlsəniz, biz də başqa yollarla işlərimizin icra çarələrini arayacağıq. “

Eyni zamanda Türkiyə prezidenti qeyd edib ki, cavab tədbirləri hüquq çərçivəsində görüləcək:

“Biz hər şeyi hüquq içində aparmaq istədik. Amma gördük ki hüquq dilindən anlamırlar. Biz o dillərdə də danışmağı bilərik. Biz hüquq diliylə danışmağa davam edəcəyik”.

(BBC Azərbaycanca)