“Rusiya Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə etmək niyyətindədir”.
“RİA “Novosti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu məsələni diqqətlə araşdırmaq lazımdır: “Bu məsələ Rusiya tərəfindən müxtəlif səviyyələrdə qaldırılır və ölkənin ikitərəfli ticarət-iqtisadi əlaqələrində nail olmaq istədiyi bir məsələdir”.
Xatırladaq ki, bundan öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ölkəsinə, İrana və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bildirib ki, Türkiyə aparıcı ticarət tərəfdaşları ilə əməliyyatlar zamanı milli valyutalardan istifadə etmək niyyətindədir/Report.