“Bir tərəfdən siz strateji müttəfiqlikdən danışırsınız, digər tərəfdən ortağınızın ayaqlarına güllə atırsınız. Bu, necə olur?”.
Strateq.az TRT-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan iş adamları ilə görüşdə ABŞ-ın sanksiyasını şərh edərkən deyib.
Ərdoğan bildirib ki, heç nədən narahat olmağa dəyməz: “Heç nədən narahat olmayın. Biz bu iqtisadi müharibədən də çıxacağıq…”.
Ərdoğan sosial şəbəkələrdə Türkiyə əleyhinə, lirəyə qarşı kampaniya aparanları da hədələyib: “Sabotajla məşğul olanlar vətən xainidirlər, onlar da gərəkli dərsi alacaqlar”.