XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

14 Avqust 2018 - 09:05

 “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi

“Amerika administrasiyası İranın ali dini lideri Əli Xameneinin Vaşinqtonla danışıqların aparılması mümkünlüyünü faktiki olaraq istisna edən bəyanatına baxmayaraq, Tehran hökuməti ilə dialoqa hazırdır”.

Bunu bazar ertəsi Dövlət Departamentinin nümayəndəsi TASS-a ayətulla Xameneinin bəyanatını şərh edərkən deyib.

“Dövlət katibinin dediyi kimi, prezident təxirəsalınmaz milli təhlükəsizlik məsələlərinin həlli yollarını tapmaq üçün İranla dialoq aparmağa hazırdır”, – deyə Amerikanın xarici siyasət idarəsinin nümayəndəsi bildirib/Report.