ABŞ-ın vitse-prezidenti Mayk Pens bu gün Türkiyə ilə bağlı sərt bəyanat verib.
Strateq.az xarici mətbuata istinadən bildirir ki, Maykl Pens bəyanatında Türkiyəni təhdid edib.
O, rahib Bransonun dərhal azadlığa buraxılmasını tələb edib: “Rahib Branson günahsız bir adamdır, ədalət onun azadlığa buraxlmasını tələb edir. Türkiyə bu məsələdə prezident Trampın nə qədər ciddi və qərarlı olduğunu sınamamalıdır”.
Pens bildirib ki, Tramp xaricdə haqsız həbs edilən bütün amerikalıların ABŞ-a dönmələri məsələsində güzəşt etmək niyyətində deyil.