XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 00:12

Qətər əmirindən Ərdoğana 15 milyard dollarlıq “paket”:"Türkiyənin və oradakı qardaşlarımızın yanındayıq"

Xəbər verildiyi kimi, Qətər əmiri Şeyx Temim bin Hamed Al Sani avqustun 15-də Türkiyədə işgüzar səfərdə olub.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, Qətər əmiri səfərin yekunları ilə bağlı sosial şəbəkədəki hesabından xüsusi açıqlama yayıb.

O bildirib ki, Ərdoğanla görüşdə ona 15 milyard dollarlıq “İqtisadi paket” təqdim edib: “Ümmətin problemlərinin və Qətərin yanında duran Türkiyənin və oradakı qardaşlarımızın yanındayıq”.

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistan başda olmaqla, 5 körfəz ölkəsi Qətərə sanksiya tətbiq edəndə, rəsmi Ankara Qətərin müdafiəsinə qalxıb, bu dövlətə hər cür dəstəyi əsirgəməyib.