XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Avqust 2018 - 11:29

“Branson azad edilsə də, Türkiyəyə tətbiq olunan əlavə rüsumlar ləğv olunmayacaq” –Rəsmi Vaşinqton 

Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların qaldırılması ABŞ-ın milli təhlükəsizliyi ilə bağlıdır.

Bu barədə jurnalistlərə Ağ Evin rəsmisi Sara Sanders həftəlik brifinq zamanı deyib.

Onun sözlərinə görə, rüsumlar hətta Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqələrə görə həbs olunmuş amerikalı keşiş Bransonun azadlığa çıxacağı təqdirdə də ləğv olunmayacaq.

Lakin Sanders deyib ki, keşişin və ABŞ-ın nəzərdə tutduğu digər şəxslərin azadlığa çıxacağı təqdirdə, ABŞ sanskiyaların ləğvini nəzərdən keçirə bilər.

O əlavə edib ki, Vaşinqtonda Türkiyə iqtisadiyyatında baş verən proseslər diqqətlə izlənilir.