XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 15:50

Məleykə Abbaszadə ilə təhsil eksperti arasında qalmaqal:"Kamran Əsədovu məhkəməyə verəcəyik, çünki..."

“Hər bir abituriyentin imtahan nəticəsi yalnız onun razılığı əsasında açıqlana bilər. Üçüncü şəxsə fərdi məlumatlar çatdırıla bilməz”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 596 bal topladığı iddia edilən Əsgəri İbrahim Əli oğlu əslində yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb: “Abituriyentin 596 bal toplaması ilə bağlı iddiası qəbul olunmur. Cavab kartlarını yalnız məhkəmə prosesinə təqdim edə bilərdik. Məsələ ictimaiyyətləşdiyindən, Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərər gətirdiyinə görə təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcəyik. Çünki ondan məsələni təkzib etməyini istəmişdik, ancaq o, bundan imtina edib”.

M.Abbaszadə bildirib ki, bu günə kimi imtahan nəticələrinin saxta olması ilə bağlı DİM-ə nə ərizə, nə də müraciət daxil olub/Report.

Xatırladaq ki, bu gün K.Əsədov adıçəkilən abituriyentə istinadən onun 596 bal topladığını, lakin qəbul siyahısında adını olmadığını açıqlayıb.

Kamran Əsədov bildirib ki, ilk dəfədir ki, belə bir halla rastlaşır: “Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də, heç bir yerə qəbul olmayıb. Yəni, 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. Deyəsən, DİM sürüşdürüb”.

Ekspert onu da bildirib ki, onlardan şəxsi kabinetin istifadəçi adı və parolunu istəyib, amma mənə verilən fin kod və parol ilə elektron ərizəyə dxil ola bilməyib: “İndi Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladım. Mənə məlumat verildi ki, abituriyent tərəfindən mənə göndərilən elektron ərizəyə müdaxilə olunub. O fotoşopdur. Yəni əslində abituriyentin toplaıdğı bal 596 deyil. Mən bu məsələnin bütün hüququ yolarla həllini təmin edəcəm. Əgər bu valideyn tərəfindən edilən addımdırsa, o, zaman DİM-i ciddi məhkəmə gözləyir. Yenə də deyirəm ki, bu məsələ ilə bağlı DİM-in mövqeyi odur ki, sənəd fotoşopdur”.