XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 20:50

Ərdoğanın mətbuat katibi:"ABŞ-ın addımları təkcə Türkiyəyə qarşı deyil, həm də Avropa İttifaqına qarşıdır"

“Türk lirəsinə qarşı spekulyasiya dəf edildi”.

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Türkiyə heç bir dövlətlə iqtisadi müharibə aparmır: “ABŞ-ın hazırkı addımları təkcə Türkiyəyə deyil, həm də Avropa İttifaqına qarşıdır. Artıq Almaniya, Fransa, Qətər, Küveyt və digər ölkələr Türkiyənin yanında olduqlarını bəyan ediblər. Biz bu böhranı fürsətə çevirəcəyik”.

İbrahim Kalın bildirib ki, Qətər dövləti Türkiyəyə 15 milyard dollarlıq sərmayə yatıracaq: “Bizim Maliyyə Nazirliyinin təmasları nəticəsində Küveyt, Almaniya, hətta Rusiyadan da bu istiqamətdə xoş xəbərlər almışıq…”.