XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 21:07

Trampdan Ankaranın cavab sanksiyalarına reaksiya:"Dollarımıza pul yağır..."

Türkiyə ilə ciddi böhran yaşayan ABŞ prezidenti Donald Tramp Ankaranın Amerika məhsullarına tətbiq etdiyi yüksək rüsumlar və qadağalara ilk dəfə reaksiya verib.

Strateq.az bildirir ki, o, “Twitter”dəki hesabında ABŞ iqtisadiyyatının hər zamankından daha yaxşı vəziyyətdə olduğunu yazıb: “Dollarımıza pul yağır. Şirkətlərimiz hər zamankından daha yüksək qazanc əldə edir, infilyasiya düşür. İş dünyası həmişəkindən çox yaxşı vəziyyətdədir. Son on illərdə ilk dəfə işləyənlərimizi qoruyuruq”.