XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 Avqust 2018 - 00:25

ABŞ-ın Maliyyə Nazirliyi də Türkiyəni hədələdi:"Branson buraxılmasa, daha çox sanksiya tətbiq ediləcək"

ABŞ Türkiyəni növbəti dəfə sanksiyalarla təhdid edib.

Türkiyə mediası xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin başçısı Stiven Mnuçin amerikalı rahib Endryu Branson sərbəst buraxılmayacağı halda, Türkiyəyə daha çox sanksiya tətbiq edəcəklərini bildirib.

Qeyd edək ki, bu gün Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın təşkil etdiyi mətbuat konfransında Türkiyə iqtisadiyyatının ABŞ-ın başlatdığı iqtisadi müharibədən sonra daha da güclənəcəyini deyib/Publika.az.