XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2018 - 14:45

Ərdoğandan Trampa ismarıc:"Türkiyəni əsir alacaqlarını düşünənlər yaxın vaxtlarda yanıldıqlarını görəcək”

“Türkiyəyə, iqtisadiyyatımıza edilən hücum birbaşa bayrağımıza, azanımıza hücumdur”.

Strateq.az xəbər verir ki, bu sözləri Qurban bayramı münasibətilə xalqa müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan ABŞ-ın sanksiya və addımlarını nəzərdə tutaraq bildirib ki, məqsəd Türkiyəni boyun əydirməkdir: “Burada məqsəd Türkiyəni və türk millətini təslim etmək, əsir almaqdır. Türkiyəni valyuta, faiz oyunları ilə  məğlub edəcəklərini düşünənlər yaxın vaxtlarda yanıldıqlarını görəcək”.