XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

20 Avqust 2018 - 23:16

ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutanların bütün əlaqələri araşdırılır –Səfirlik xüsusi bəyanat yaydı

Xəbər verildiyi kimi, Türkiyə hüquq-mühafizə orqanları ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutmaqda təqsirli bilinən iki nəfəri saxlayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  saxlanılan Əhməd Çelikten və Osman Gündeş  ilkin ifadələrində təqsirlərini etiraf ediblər.

Məlumata görə, hazırda saxlanılan şəxslərin ətrafında geniş əməliyyat-istintaq tədbirləri davam edir, onların bütün əlaqələri araşdırılır.

Diqqətçəkən məqamlardan biri də budur ki, səfirliyi atəşə tutanlar maşının nömrəsinin kameralara düşməməsi üçün led işıqlandırma sistemindən istifadə ediblər.

Həbsdən və ilkin açıqlamadan dərhal sonra ABŞ-ın Ankaradakı səfirliyi bəyanatla çıxış edib.

Səfirlik hadisəni törədənlərin operativ və peşəkarcasına həbs edilməsini təqdir edib: “Biz buna görə Türkiyə hökumətinə və hüquq-mühafizə orqanlarına minnədarıq”.

Bu arada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu təxribat xarakterli hadisəni şiddətlə qınadıqları bildirib.