XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 12:35

“Səfirliyin atəşə tutulması ABŞ-la Türkiyə arasındakı gərginliklə əlaqəli deyil” –Parlament sədri

“Bizim ölkəmizdə yaşayan hər əcnəbinin, o cümlədən diplomatın təhlükəsizliyini təmin etmək ən başlıca vəzifələrimizdən biridir. Hamı bilməlidir ki, bu ölkədə hər hansı qanunsuzluğa və yanlışlığa imkan verilməyəcək”.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.

Parlament sədri ABŞ-ın Ankaradakı səfirliyinin atəşə tutulmasını şiddətlə qınadıqlarını bildirib və əlavə edib ki, həmin hadisənin iki ölkə arasında baş verən gərginliklə hər hansı bir əlaqəsi yoxdur: “Hansısa ölkə ilə münasibətlərimizin necə olmasından aslı  olmayaraq, Türkiyə dövləti ölkədəki xarici missiya və səfirliklərin təhlükəsizliyini tam təmin edir”.

Xatırladaq ki, avqustun 20-də səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyini iki türk vətəndaşı atəşə tutub. Hadisədən dərhal sonra Türkiyə hüquq-mühafizə orqanları operativ əməliyyat həyata keçirərək, hər iki şəxsi həbs edib. Hazırda həmin şəxslərin bu hadisəni niyə törətmələri ilə yanaşı, bütün bağlantıları araşdırılır.