XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 16:22

Tramp Ruhaniyə cavab verdi:"İstəyirsizsə, görüşək, yox, əgər istəmirsinizsə..."

ABŞ Prezidenti Donald Tramp “Röyters” agentliyinə müsahibəsində İranla danışıqlardan və bununla bağlı rəsmi Tehrana irəli sürdüyü təklifindən danışıb.

O, İranla danışıqlara başlamaqda maraqlı tərəf olmadığını bildirib.

Tramp jurnalistin “Sizin Həsən Ruhani ilə ilkin şərtsiz danışıqlara hazır olmağınızla bağlı təklifinizin İran rəsmiləri tərəfindən rədd edilməsinə münasibətiniz nədir” sualına cavabında deyib: “İran rəsmiləri istəsələr, görüşərik, yox, əgər istəməsələr, problem deyil. Daha doğrusu, onların mənimlə görüşüb-görüşməməsi mənim üçün o qədər də əhəmiyyətli deyil”.

Teleqraf.com