XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 21:03

ABŞ-dan rəsmi Moskvaya qarşı daha bir kəskin addım –Rusiyanın yüz milyonlarla dollarlıq aktivləri donduruldu

ABŞ Rusiyanın ölkədəki yüz milyonlarla dollar məbləğində aktivlərini dondurub.

Bu barədə ABŞ maliyyə nazirinin müavini Siqal Mandelker deyib.

Qeyd olunur ki, Vaşinqton sanskiyalar siyahısına iki Rusiya vətəndaşını və bir şirkəti əlavə edib.

Bundan başqa, Şimali Koreya ilə bağlı sanksiyalar siyahısına Rusiyanın daha iki şirkəti və altı gəmisi daxil edilib.

S.Mandelker bildirib ki, rəsmi Moskva “davranışlarını dəyişdirməyənədək” ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqini davam etdirəcək/Teleqraf.com.