XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 21:32

ABŞ-ın Ankaradakı səfirliyinə atəş açan türklərin ilkin ifadəsi yayıldı:"Çox içmişdik, təsadüfən atəş açdıq"

ABŞ-ın Ankaradakı səfirliyinə atəş açan iki Türkiyə vətəndaşının istintaqa verdiyi ilkin ifadələr yayılıb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, Əhməd Çelikten və Osman Gündaş həmin gecə həddən artıq spirtli içki qəbul etdiklərini deyiblər.

Onlar iddia ediblər ki, səfirlik önündən keçərkən, məqsədli deyil, təsadüfən atəş açıblar.

Məlumatda o da qeyd edilib ki, sözügedən şəxslər olayda istifadə etdikləri avtomobilin nömrəsinin görünməməsi üçün led işıqdan istifadə ediblər.

Maşının nömrəsini (06 BDP 502) isə çevrədəki 200 kameradan yalnız biri vasitəsi ilə müəyyən etmək mümkün olub: “Hadisə ilə bağlı indiyədək 42 nəfər istintaqda dindirilib”.