XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2018 - 11:55

Trampın köməkçisi:"Branson azad olunsa, Vaşinqtonla Ankara arasındakı böhran dərhal başa çatacaq"

Türkiyə amerikalı rahib Endryu Bransonu azad etsə, Vaşinqtonla Ankara arasındakı böhran dərhal başa çatacaq.

Bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.

O bildirib ki, Ankara rahibi buraxmamaqla böyük səhvə yol verib.

Rahibin azad edilməməsinin Türkiyənin NATO üzvlüyünə təsir edib-etməyəcəyi barədə danışan C.Bolton bu məsələnin gündəlikdə dayanmadığını deyib: “Bizim əsas diqqətimiz rahib Bransona və Türkiyə hökuməti tərəfindən saxlanılan digər amerikalılara yönəlib”.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.

ABŞ isə bununla əlaqdəar Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib/Trend.