XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Avqust 2018 - 15:52

Gürcüstan Rusiyaya qarşı yeni iddia qaldırıb- Strasburq Məhkəməsində

Gürcüstan Ədliyyə Nazirliyi avqustun 21-də Strasburq Məhkəməsində “Gürcüstan Rusiya Federasiyasına qarşı” dövlətlərarası iddia qaldırıb.

Bu barədə “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir.

“İddia Gürcüstanın işğal olunmuş ərazilərində və “işğal xətti”ndən kənarda yaşayan Gürcüstan əhalisinə qarşı kütləvi sıxışdırma, həbs, hücum və qətl hallarının inzibati təcrübəsinə aiddir. Belə hallar 2008-ci ilin müharibəsindən sonra xüsusilə artıb və bu ilin fevralında Arçil Tatunaşvilinin işgəncə verilərək öldürülməsi ilə kritik həddə çatıb”, – respublikanın Ədliyyə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, Gürcüstan davam edən işğal və ölkə əhalisinə qarşı məqsədli şəkildə həyata keçirilən kampaniyalarla Avropa Konvensiyasının bir neçə maddəsini pozduğuna görə Rusiyanın məsuliyyətə cəlb edilməsini tələb edir.