XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

23 Avqust 2018 - 13:29

Ayətullah ABŞ və İsraili hədələdi:"Onları dünyanın hər yerində qovar və səfil gününə salarıq..."

İranın tanınmış dini liderlərindən olan Ayətullah Əhməd Hatəmi ABŞ-ın İrana ən kiçik zərər verəcəyi halda, təkcə Amerikanı deyil, eyni zamanda, İsraili də hədəfə alacaqlarını bəyan edib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, Hatəmi ABŞ-ın İrana raket zərbəsi endirəcəyinə inanmadığını deyib. Əlavə edib ki, artıq vur-qaç dönəmi bitib:  “ABŞ tərəfindən bizə zərbə gələrsə, onları dünyanın hər yerində qovar və səfil gününə salarıq”.

Hatəmi bildirib ki, İran ABŞ-la danışıqlara getməyəcək: “Tehran Vaşinqtonla müzakirə masasına oturmayacaq. ABŞ “Biz nə deyiriksə, İran onu eləsin” istəyir. Bunun adı müzakirə deyil, diktatorluqdur. Biz buna qarşı dik duracağıq”.