XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 11:05

Lavrovdan ABŞ-a xəbərdarlıq:"Bütün hücumlara qarşılıqlı prinsipə uyğun olaraq cavab veriləcək"

Rusiya ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara qarşı cavab verəcəyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni sanksiyalara cavab tədbirinin qarşılıq prinsiplərinə əsaslanacağını bəyan edib.

“Biz bütün hücumlara qarşılıqlı prinsipə uyğun olaraq, sakit və praktik hərəkət etməyə davam edəcəyik” – deyə Lavrov söyləyib. O həmçinin Rusiya ilə ultimatumlar dilində danışmaq cəhdlərinin boşa çıxacağını qeyd edib.

Qeyd edək ki, avqustun 27-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib/modern.az