XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 15:06

Çavuşoğlu Amerikaya meydan oxudu:ABŞ “mən hər istədiyimi edərəm” deyərsə, bunun qarşılığı olacaq"

“Türkiyənin təcili havadan müdafiə sisteminə ehtiyacı var, amma müttəfiqimiz ABŞ bizə satmır. F-35-in ortağıyıq. ABŞ kovboy filmində olduğu kimi “mən hər istədiyimi edərəm” deyərsə, bunun qarşılığı olacaq”.

Türkiyə KİV-lər xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu litvalı həmkarı ilə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, iki ölkə arasında dialoq vacibdir: “Xarici işlər naziri kimi mən də diplomatiyanın tərəfdarıyam. Problemləri həll etmək üçün çox səy göstərdik. Konqres üzvlərinin Türkiyəyə səfəri önəmlidir. Çünki Amerikada fərqli qruplar, qarışıqlıq var. Türkiyənin əhəmiyyətini başa düşən konqresmenlər də az deyil. Təhdid dilindən vaz keçmək lazımdır. Təbii ki, FETÖ ucbatından zəhərlənən, FETÖ-nünü zəhərlədiyi qruplar da mövcuddur”.

Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyənin Rusiya ilə əlaqələri Avropa İttifaqı və ya ABŞ-a alternativ deyil: “Türkiyənin xarici siyasəti balansı qorumaqdan ibarətdir”.

Teleqraf.com