XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 15:43

Prezident daha iki icra başçısı təyin etdi, birini vəzifədən çıxardı –Sərəncamlar

Prezident İlham Əliyev bu gün daha iki icra başçısı təyin edib.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Ağdamın icra başçısı Raqub Məmmədov iyun ayının 6-da vəzifədən çıxarılmışdı.

Dövlət başçısının digər sərəncamı ilə Gədəbəyin icra başçısı Ramiz Yediyarov vəzifəsindən azad olunub.

Onun yerinə isə İbrahim Ənvər oğlu Mustafayev təyin olunub.