XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

30 Avqust 2018 - 10:47

Eldar Əzizov hərəkətə keçdi –Bakıda qeyri-qanuni obyektlər sökülür + FOTO

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yol kənarlarında qeyri-qanuni, vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsünə başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, BŞİH-də yaradılmış işçi qrup tərəfindən paytaxtın bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədilə reydlər keçirilib, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.

Söküntü işləri bu gün səhər saatlarından etibarən paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında aparılır.