XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 22:14

Ərdoğan böyük heyətlə Azərbaycana səfərə gələcək

erdoqan-55Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

Strateq.az xəbər verir ki, bu barədə ANS-in Türkiyə bürosuna hökumətdən məlumat veriblər.

Məlumata görə, Ərdoğanın səfəri çərçivəsində bir sıra ikitərəfli danışıqlar keçiriləcək. İki ölkə rəhbəri arasında baş tutacaq danışıqlardan bəzilərinin mətbuata qapalı keçiriləcəyi gözlənilir.

Azərbaycan səfərinə Rəcəb Tayyib Ərdoğanla yanaşı, Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin qatılacağı gözlənilir.

Səfərin dəqiq vaxtı açıqlanmasa da, bunun fevral ayının 3, yaxud 4-cü həftəsində baş tutacağı bildirilir.

Hələlik səfərin dəqiq məqsədi barədə məlumat verilmir. Lakin mühüm qərarların müzakirə ediləcəyi gözlənilir.