XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2016 - 09:09

Suriyada türkmənlər 4 rus generalını öldürdü

turkmendagiBayır-bucaq türkmənlərinin yaşadığı Türkməndağında 4-ü rus, 4-ü suriyalı olmaqla, 8 general öldürülüb.

Strateq.az xəbər verir ki, bu məlumatı Suriya müxalifləri yayıb.

Məlumata görə, generallar dünən axşam saatlarında bölgədəki hərbi vəziyyəti müzakirə etmək üçün toplantı keçirirmişlər. Havanın sisli olmasından istifadə edən müxalif partizanlar toplantı məntəqəsinə basqın edərək çox sayda hərbçini öldürüblər. Öldürülənlərdən 15-i yüksək çinli hərbçidir.

Türkmən döyüşçülər öldürdükləri generallar barədə təfsilatlı məlumat da veriblər. 4 rus generalından biri Rusiyanın Suriyadakı hərbi birləşmələrinə rəhbərlik edən Yuri adlı general-leytenantdır. Digər 3 generalın adı açıqlanmasa da, rütbələrinin general-mayor olduğu bildirilir.

Suriyalı generallara gəlincə, onlardan biri general Amid Munzur, digərləri isə general Əli Cabir və general Əli Umrandır. Yenə general-mayor rütbəsində olan öldürülmüş bir digər rejim komandirin adı Adnandır.

Qeyd edək ki, Lazkiyə vilayətinin Türkiyə sərhədində yerləşən Türkməndağı bölgəsində son həftələrdə rejim gücləri Rus hava qüvvələrinin ağır bombardmanın dəstəyiylə irəliləmişdilər.