XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

31 Avqust 2018 - 14:00

Prezident İlham Əliyev və Putin Soçidə görüşəcək –Kreml gündəliyi açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş sentyabrın 1-də Soçi şəhərində keçiriləcək.

Məlumatı Rusiya prezidentinin Mətbuat xidməti yayıb. Kremldən bildirilib ki, dövlət başçıları gündəlikdə olan bir sıra mühüm məsələlər, o cümlədən qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi  aparacaqlar.

Görüşün yekununda hökumətlərarası və qurumlararası bir sıra sənədlərin imzalanması nəzərdə tutulub/Report.