XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2018 - 11:55

Aralıq dənizi döyüş meydanına çevrilir: Rusiya ABŞ-a cavab olaraq böyük təlimə başladı –Ankaradan "biz də varıq" mesajı

ABŞ-ın “Tomahawk” raketli savaş gəmilərinin istiqamətini Aralıq dənizinə yönəltməsinə cavab olaraq Rusiya bölgəyə əlavə 25 hərbi gəmi və 30 qırıcı göndərməklə,  böyük təlimə başlayıb.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, rəsmi Moskva ABŞ-ın İdlibə hücuma hazırlaşan Əsəd ordusuna zərbə endirəcəyindən narahatdır. O səbəbdən Aralıq dənizinə əlavə qüvvə yeridərək, sentyabrın 8-dək hərbi təlimə qərar verib: “Rusiyada hesab edirlər ki, bununla ABŞ-ın Suriya rejimini dənizdən yenidən vurmaq cəhdi əngəllənəcək”.

Məlumata görə, ABŞ və Rusiyanın Aralıq dənizində hərbi güclərini artırması və Suriyanı yenidən vurma ehtimalı rəsmi Ankaranı da hərəkətə keçirib. Belə ki, dünəndən Türkiyə Dəniz Qüvvələrinin komandanlığı da Aralıq dənizinə əlavə savaş gəmiləri yeritməklə “Bu dənizdə biz də varıq” mesajını vermiş olub: “Bu ana qədər Türkiyənin Aralıq dənizində 10 gəmisi vardı. Bu qərardan sonra isə Türkiyənin hərbi gəmilərin sayını 25-ə çatdırdığı deyilir”.