XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2018 - 14:00

Ərdoğandan Bişkekdə bəyanat:"Dolların beynəlxalq ticarətdəki dominantlığına son qoymaq lazımdır"

Dolların beynəlxalq ticarətdəki dominantlığına son qoymaq lazımdır.

Belə bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə çıxış edib.

O qeyd edib ki, beynəlxalq ticarətin dollara bağlılığı tədricən böyük problemə çevrilir.

Ərdoğanın sözlərinə görə, ticarətin sadələşdirilməsi üçün nəzərdə tutulan sistem hazırda ən böyük maneəyə çevrilib.

Prezident qeyd edib ki, valyuta kursları ilə manipulyasiyanın əsas məqsədi güclü və sağlam Türkiyə iqtisadiyyatına dair şübhələr yaratmaqdır.

“Məqsəd – Türkiyə iqtisadiyyatına zərbə endirməkdir. Lakin hökumətin gördüyü tədbirlər və Türkiyə xalqının qətiyyətli mövqeyi nəticəsində bu cəhd uğursuzluğa düçar olub”, – Ərdoğan deyib/Virtualaz.org.